F.Alonso: “Çempionatın taleyi aprelin 14-də həll olunacaq”

İkiqat dünya çempionu Fernando Alonso hesab edir ki, FİA-nın mübahisəli diffuzorlar barədə qəbul edəcəyi qərar çempionatın taleyini həll edəcək. Praktiki […]

İkiqat dünya çempionu Fernando Alonso hesab edir ki, FİA-nın mübahisəli diffuzorlar barədə qəbul edəcəyi qərar çempionatın taleyini həll edəcək. Praktiki olaraq belə diffuzorlarla çıxış edən sürücülərin hamısı Avstrasliya Qran Prisində güclü çıxış ediblər: Censon Batton və Rubnes Barrikello Brawn GP üçün qələbə dublu qazanıblar, Yarno Trulli və Timo Qlok pit-leyndən start almalarına baxmayaraq 3-cü və 5-ci yerləri tutublar (Yarnonun cəriməsini nəzərə almasaq), Williams-ın sürücüsü Niko Rosberq də xal qazanıb və Kazuki Nakacima qəzaya qədər liderlər qrupunda idi. Alonso son nəticədə yarışda dörd xalq azanıb və hesab edir ki, əgər FİA diffuzorları leqal elan etsə, Brawn GP maşınlarına çatmaq mümkün olmayacaq…

Fernando Alonso: “Aprelin 14-də qəbul olunacaq qərarı gözləmək lazımdır. Əgər onlara bu maşınlarla yarışlarda iştirak etməyə icazə versələr, onların böyük üstünlüyü olacaq, bütün komandalar isə bu elementləri nüsxələməyə çalışacaqlar. Bu isə çox çətindir, çünki bütün maşını dəyişmək lazımdır. Yalnız belə bir diffuzor qoymaqla maşının sürətini bir saniyə artırmaq mümkün deyil. Bu element sürəti artırır, amma bunun üçün maşının ön hissəsini, yan pantonları və motorun üstünü də dəyişmək lazımdır. Bu yeniliklərə isə aylarla vaxt gedəcək.

Baxaq görək vəziyyət necə olacaq. Bu çətin məsələdir, aprelin 14-də qəbul olunacaq qərar çempionatın taleyini həll edəcək. Əgər diffuzorlar leqal elan olunarsa, Brawn GP praktiki olaraq əlçatmaz olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*