F.Alonso Bridgestone-u tənqid edib

Fernando Alonso Şanxayda SuperSoft yumşaq tərkibli təkərlərdən istifadə etmək qərarı verən Bridgestone-un bu seçimindən narahatdır, çünki hesab edir ki, Çin […]

Fernando Alonso Şanxayda SuperSoft yumşaq tərkibli təkərlərdən istifadə etmək qərarı verən Bridgestone-un bu seçimindən narahatdır, çünki hesab edir ki, Çin trasının asfalt örtüyü bu təkərlər üçün həddən çox coddur…

Fernando Alonso: “Məncə, bu səhv qərardır, Bridgestone bu qərarı çoxdan qəbul etmişdi, Şanxaq üçün bu qərar ağlasığmazdır. Dəqiq bilmirəm bu qərarı kim qəbul edib, Bridgestone yoxsa FİA, amma qərara yenidən baxılmalıdır: biz həm televiziya tamaşaçıları, həm də tribunalardakı azarkeşlər üçün gülüş hədəfinə çevriləcəyik, çünki yumşaq təkərlərlə bərk təkərlərə nisbətən altı saniyə yavaş olacayıq.

Bizim hesablamalar göstərir ki, bu təkərləri beş-altı dövrədən sonra dəyişmək lazım gələcək, çünki bu trasda təkərlərin yüklənməsi Melburnda olduğundan daha yüksəkdir, Melburnda isə bu təkərlər cəmi səkkiz-doqquz dövrə dözmüşdülər. Əgər kimsə yarışın sadəcə gülməli keçməsini və ötmələrin çox olmasını istəyirsə, onda elə bu başdan maşınlara yağış təkərləri qoysun və ya nəsə başqa şey fikirləşsin. Onda sürət fərqi daha böyük olacaq. Bütün bunlar məni çox narahat edir, çünki tamaşaçıların gözündə bu çox qəribə görünəcək.

Biz Avstraliyadan sonra fikrimizi bildirmişdik, xüsusən də Robert Kubitsa və Sebastyan Fettelin qəzasından sonra, onlar müxtəlif təkər tərkiblərində olduqları üçün sürət fərqi aşkar idi. Robert ötmək istəsə də, Fettel maşını saxlaya bilməmişdi, çünki onun maşınında SuperSoft təkərləri idi: bu təkərlərlə nə normal əylənmək olur, nə də döngələrə girmək. Ona görə də toqquşma baş vermişdi.

İndi bizə yenə də həmin təkərləri təklif edirlər, hərçənd Çində vəziyyət daha pis olacaq. Bu qərarı təcili dəyişmək lazımdır. Məncə, SuperSoft tərkibi belə avtodromda artıq elə birinci döngədə dağılacaq, onuncu döngəyə kimi isə sol ön təkərdən əsər-əlamət qalmayacaq. Hard tərkibi çox möhkəm olacaq, SuperSoft isə çox yumşaq. Lazım olan təkərləri isə Bridgestone mütəxəssisləri bura gətirməyiblər. Aydındır ki, bu yarışların baxımlılığını artırmaq və ötmələri artırmaq üçün edilib.

Dediyim kimi, əsil şou üçün belə etmək olar, püşk ataq, kimin bəxti gətirməsə yağış təkərləri taxsın – bax bu lap gülməli olacaq. Amma hələlik mənə gülməli deyil.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*