F.Alonso: “Biz qalib gələ bilərdik”

Mövsümün ilk beş yarışında Fernando Alonso cəmi bir dəfə podiumun ən aşğı pilləsinə qalxa bilmişdi. Monakoda Ferrari sürüsü finiş xəttini […]

Mövsümün ilk beş yarışında Fernando Alonso cəmi bir dəfə podiumun ən aşğı pilləsinə qalxa bilmişdi. Monakoda Ferrari sürüsü finiş xəttini ikinci keçib, ispaniyalı sürücünün fikrincə, finişə on dövrə qalmış baş verən hadisələr onun qələbə qazanmasına imkan verməyib.

Sıralanma turunda dördüncü nəticə göstərmiş ikiqat dünya çempionu startda Mark Uebberi qabaqlayıb, yarışın gedişində düzgün taktika sayəsində isə Censon Battonu üstələyib və finişə 20 dövrə qalmış təkərləri tam yeyilmiş Sebastyan Fettelə çatıb…

Fernando Alonso: “Hesab edirəm ki, birinci dəfə Təhlükəsizlik Maşını trasa çıxanda mən bir mövqe qazandım (Censon battonu qabaqladım), amma TM-in ikinci çıxışı bizi qələbədən mərhum elədi. Mən tam əminəm ki, son dövrələrdə Red Bull-un təkərləri tam yeyilməli idi və son sektorda mən onu keçə bilərdim.

Mən heç nə itirmirəm, çempionatda birinci yeri tutmuram, ona görə də qələbə qazanamq üçün cəhd edəcəkdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*