23 Noyabr 2017, Cümə axşamı - 22:35

Necə işləyir: F1-də TJİ texnologiyasının təfərrüatları

Necə işləyir: F1-də TJİ texnologiyasının təfərrüatları

Müəllif: Afgan Haji, redaktor

09:12 - 04 Noyabr, 2016

F-1.az yazmışdı ki, Ferrari mühərriklərində ötən ildən Mahle Powertrain tərəfindən işlənib hazırlanmış və yanacağın yanma prosesinin səmərəliyini artırmağa imkan verən Turbulent Jet İgnition (TJİ) texnologiyasından istifadə olunur.

O cümlədən, təsdiqlənmişdir ki, Mercedes də öz hibrid qurğularında 2014-cü ilin əvvəlindən bu texnologiyadan istifadə edir. Həmçinin, aydın oldu ki, TJİ kənardan olan, çox ehtimal ki, bir vaxtlar məşhur Cosworth şirkətinin mütəxəssisləri tərəfindən işlənib hazırlanıb, amma sonra mühəndislər özlərinə başqa iş tapdılar – kimi Mercedes High Performance Powertrains-ə, kimi də Ferrari-nin təchizatçılarından biri olan Mahle (Mahle Powertrain) şirkətinin Britaniya filialına keçdi.

Renault-da da həmçinin, bu sahədə axtarışlar aparırlar və Kanada Qran Prisində debüt edən modernləşdirilmiş güc qurğusunda bu cür texnologiya artıq istifadə olunur ki, bu da daxili yanma mühərriyinin gücünü təqribən 30 at qüvvəsi qədər artırmağa imkan verəcək. Belə mühərrikləri həm Fransa konserninin zavod komandası və həm də Red Bull Racing əldə edəcəklər.

Bundan əvvəlki mətndə istifadə olunmuş, Mahle şirkətindən olan illüstrasiyada TJİ texnologiyasının tətbiq edildiyi mühərrikin “mülki” versiyasının quruluşu izah edilir. Formula1-in fəaliyyətdə olan texniki reqlamentinə uyğun olaraq, hər silindrdə yalnız bir injektor ola bildiyindən, onda əsas yanma kamerasının üstündə yerləşmiş forkamerada yalnız alışdırma şamı yerləşir.

Yarış mühərriyində injektor yanacaq qatışığını əsas yanma kamerasına püskürdür. Bu qatışığın təqribən 3%-i üfürmə təzyiqinin hesabına həlqədəki, onu əsas kameradan ayıran kiçik dəlik vasitəsilə forkameraya daxil olur. Bu texnologiyanın Formula1-də istifadəsində ən mürəkkəb məsələ o idi ki, forkameraya yanacaq qatışığının lazımi keyfiyyətdə, zəmanətli girməsinə nail olunsun.

mahle-jet-ignition-system

 

Yanacağın forkameraya yuxarıda xatırladılan dəlik vasitəsilə daxil olarkən onun püskürülmə dərəcəsi artır ki, bu da onun yanıcılığını yüksəldir, ancaq başlıca üstünlük digər şeydədir.

Şamdan çıxan qığılcım yanacaq qatışığını kiçik forkamerada yandırdığı zaman alov dilləri əsas yanma kamerasına dəqiq olaraq yönəlirlər, çünki elə eyni kiçik dəliklərdən keçirlər, amma yalnız əks istiqamətdə. Əsas kameradakı qatışıq eyni vaxtda bir neçə nöqtədə alışır ki, bu da adi mühərrikdə olduğundan daha bərabər səviyyəli və sürətli yanmaya nail olmağa imkan verir.

Bu, porşenə yüksək təzyiqi, dəqiq olaraq, o yuxarı ölü nöqtəyə çatdığı zaman yaradır, həmin təzyiqin bərabər səviyyəli paylanması isə detonasiyanı aşağı salır.

Məğzi bundan ibarətdir ki, TJİ texnologiyasının tətbiqi silindrdə daha güclü partlayış yaratmağa və bu zaman detonasiyadan qaçmağa imkan verir – nəticədə yanacaq səmərəliyi artır ki, bu da həm gücün və həm də qənaətliyin yüksəlməsində ifadə olunur.


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə
Baxış Sayı 409
Teqlər , ,
Paylaş

logo