18 Noyabr 2017, Şənbə - 01:09

Formula1 pilotları harada və necə yaşayırlar?

Formula1 pilotları harada və necə yaşayırlar?

Müəllif: Afgan Haji, redaktor

10:07 - 14 Fevral, 2016

Yaşayış yerinin seçimini etdikdə Formula1 pilotları vergi liberallığını nəzərə alaraq əsasən Monako və İsveçrə üzərində dayanırlar.

Əlbəttə, daşınmaz əmlakın yüksək qiyməti sürücüləri çəkindirmir. İstənilən alqı-satqı saytına nəzər yetirsək görərik ki, 75 kv.m sahəsi olan ikiotaqlı mənzil 3,3 milyon avro, 200 kv.msahəsi və  Monako Qran Prisinin trasına görünüşü olan mənzilin qiyməti isə 19,5 milyon avrodur.

Monako krallığının istənilən bankında hesab açmaq üçün minimal məbləğ 400 min ABŞ dolları olmalıdır.

Mercedes komandasının pilotu Niko Rosberqi Monakonun sakini hesab etmək olar, çünki hələ keçən əsrin 80-ci illərindən onun valideynləri Monakoda məskunlaşıblar. Resberqin evi Monakonun şimal-şərqində yerləşir.

Ona yaxın yaşayanlardan biri komanda yoldaşı Lyuis Həmiltondur. O, 2012-ci ildə İsveçrədən Monakoya köçüb. Bundan əlavə Lyuisin ABŞ-ın Kolorado ştatında da evi var, amma əsas məskunlaşdığı yer Monakodur.

Monako sevərlərdən biri də Force İndia komandasının pilotu Niko Hülkenberqdir. Onun sözlərinə görə, Qran Pri zamanı trasa skuterdə gəlir, çünki ayaqla gəlmək çox vaxt alır.

Monakoda, həmçinin, Valtteri Bottas, Censon Batton, Esteban Qutyerres, Daniel Rikkardo və Felipe Massa yaşayırlar. Bir neçə həftə öncə isə, Formula1-in ən gənc pilotu Maks Ferstappen də Monakoya daşınıb.

Ferrari pilotlarının hər ikisi İsveçrədə məskunlaşıblar. Sebastyan Fettel İsveçrənin şimal-şərqində yerləşən Turqau gölü ətrafında yaşayır. Onun komanda yoldaşı Kimi Rəykkönen isə, 100 km aralı yerləşən Baar şəhərinə yaxın olan Tsuq gölü ətrafında məskunlaşıb. İsveçrənin Luqano şəhərinə isə Red Bull komandasının pilotu Daniil Kvyat köçüb. Əvvəllər o, 8 il İtaliyada yaşayıb.

Pilotlar arasında elələri var ki, böyük şəhərlərə üstünlük verirlər. Roman Qrojan ailəsi ilə Parisdə, Karlos Sayns Madriddə, Colion Palmer və Felipe Nasr Londonda yaşayırlar.

Danimarkalı pilot Kevin Maqnussen və isveçli Markus Eriksson yaşadıqları yeri dəyişməyə tələsmirlər. Kevin 50 minlik əhalisi olan Roskille şəhərciyində, Markus isə 14 min əhalisi olan Kumlada yaşayır.

İkiqat dünya çempionu Fernando Alonso orijinallığı ilə seçilir. Fernando son illər Dubayda yaşamağa üstünlük verir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 326
Teqlər , , , , , , , , , , , , , , , ,
Paylaş

logo