F.Vassyör: “Maqnussenin Haas-la danışıqlar aparması normaldır”

F-1.az xatırladır ki, əsas hədəfi Renault-da qalmaq olan Kevin Maqnussenin Meksika Qran Prisində Haas komandası ilə danışıqlar apardığı barədə xəbərlər çıxmışdı.

Biz xəbər vermişdik ki, Renault gələn ilin sürücü heyətini bu həftə açıqlamağa hazırlaşır.

Frederik Vassyör: “Padokda hamı danışıqlar aparır. Mən bir qərar vermədiyim müddətdə hamı danışa bilər. Maqnussenin də gələcək karyerasını düşünərək başqa komanda ilə də danışıqlar aparması nomaldır. Haas-ın rəhbərliyi kimi, biz də öz qərarımızı verəcəyik və hamı razı qalacaq. Renault-nun pilotu olmaq uğrunda mübarizə ancaq Kevin və Colion arasında getmir. Namizədlər çoxdur”.

Vassyör Braziliya Qran Prisi barədə də danışıb: “Xal qazanacağımıza ümid edirəm. Son yarışlardakı çıxışımızı iyun ayındakılarla müqayisə etdiyimizdə görürük ki, o dövrdə xeyli geridə olmuşuq. İndi McLaren və Toro Rosso ilə mübarizə aparırıq və bunun böyük irəliləyiş olduğunu düşünürəm. Amma təbii ki, kifayət etmir. Hamı daha yaxşısını istəyir. Realist olmalıyıq. Haradan gəldiyimizi bilirik və addım-addım irəliləyirik”.

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*