16 Oktyabr 2018, Çərşənbə axşamı - 20:31

F.Vassyör: “Yarış sürətimiz yaxşıdır”

F.Vassyör: “Yarış sürətimiz yaxşıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

13:42 - 27 Mart, 2016

Renault komandası mövsümün ilk yarışında Williams və Force İndia komandaları ilə mübarizə apara bilib və bu hal fransızları təəccübləndirib…

F-1.az xatırladır ki, Renault komandası 5 ildən sonra yenidən Formula1-ə qayıdıb və ilk yarışındaca xal almağa çox yaxın olub.

Renault komandasının rəhbəri Frederik Vassyör ilk yarış barədə danışıb: “Mövsümə yaxşı başladıq. Bizim hədəfimiz hər iki bolidlə də yarışı bitirmək idi, ancaq gözlədiyimizdən daha yaxşı oldu. Force İndia ilə yarışırdıq və Williams-dan çox geri qalmırdıq. Məncə, bizim yaxşı təməlimiz var və onun üzərində rahatlıqla işləyə bilərik.

Bizim yarış tempimiz güclüdür və bundan istifadə edə bilərik. Bundan sonra sıralanma turu tempimizə fokuslanmalıyıq. Əgər Avstraliyada qırmızı bayraq çıxmasaydı, bəlkə xal ala bilərdik.

Bolid çox yaxşı idi və demək olar ki, problemlə üzləşmədik. Əvvəl də qeyd etdiyim kimi, əsas hədəfimiz hər iki bolidlə yarışı bitirmək idi. Əgər yarışdan əvvəl mənə Force İndia və Williams ilə yarışacağımızı desəydilər, çox gülərdim. Bu bizim üçün əla başlanğıc oldu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 385
Teqlər , ,
Paylaş

logo