17 Dekabr 2017, Bazar - 04:12

F.Vassyör: “Verlyayn komandada qala bilər”

F.Vassyör: “Verlyayn komandada qala bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

06:09 - 27 Sentyabr, 2017

Sauber komandasınım rəhbəri Frederik Vassyör bildirib ki, Paskal Verlyayn komandada qala bilər.

F-1.az xatırladır ki, bəzi söz-söhbətlərə görə, Ferrari gələn il Sauber komandasında ya Lekleri, ya da Covinatsini yarışdırmaq istəyir. Markus Erikssonun sponsorlara görə komandada qalması gözlənilir.

Frederik Vassyör: “Markusun böyük sponsor dəstəyi olduğu üçün komandada saxlamaq böyük səhv olar. Əgər Sauber komandasını əvvəlki illərinə qaytarmaq istəyiriksə, komanda olaraq hər şeyi düzgün etməliyik. Covinatsi ilə bağlı Ferrari ilə danışıqlar aparırıq. Əvvəlcə mühərrik məsələsini həll etməyə çalışdıq və daha sonra pilotlar barədə düşünməyə qərar verdik. Hələ ortaq məxrəcə gəlməmişik. Builki sürücülərimizlə də davam edə və ya biri ilə yolları ayıra bilərik. Paskal hər şeyi başa düşür. Onunla DTM-də işləmişəm və əminəm ki, yaxşı insandır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 180
Teqlər , ,
Paylaş

logo