F.Vassyör Renault-nu rəqibləri ilə müqayisə etmir

Lotus-u alaraq zavod komandası kimi Formula1-ə qayıdan Renault, sürücülər də daxil olmaqla bir çox dəyişiklik edərək mövsümə hazırlaşır.

F-1.az xəbər verir ki, komandanın idman direktoru Frederik Vassyör Renault-nu başqa komandalarla müqayisə etmir.

Frederik Vassyör: “Düzünü desəm, indiyə qədər rəqiblərimizlə müqayisədə hansı vəziyyətdə olduğumuza baxaraq vaxtımızı xərcləməmişik. Komandanı dekabr ayının sonlarında aldıq. İşlərin çətin olacağını bilirdik. İlk yığıncağımızda Barselonada olacağımızı düşünmürdük, amma biz bunu bacardıq.

Addım-addım yaxşıya doğru gedirik. Belə davam etməyə məcburuq. Karlos Qon maşınımızın təqdimetmə mərasimində bizə bir yol göstərdi. Bu yolda irəliləyəcəyik. Hədəfimizə çatacağımızı düşünürəm. Başladığımız nöqtədən daha yaxşı yerdəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*