18 Dekabr 2018, Çərşənbə axşamı - 17:07

F.Vassyör: “Maqnussen və Palmerin müqaviləsi birillikdir”

F.Vassyör: “Maqnussen və Palmerin müqaviləsi birillikdir”

Müəllif: Elçin Zodorov, redaktor

09:23 - 03 Mart, 2016

Keçən ilin sonunda Lotus-u alaraq yenidən zavod komandası kimi Formula1-ə qayıdan Renault-nun sürücü heyəti tamamilə dəyişilmiş, Colion Palmer Roman Qrojanı əvəz edərkən, Kevin Maqnussen də son anda Pastor Maldonadonun yerini tutmuşdu…

F-1.az xəbər verir ki, Renault-nun pilotları ilə bağladığı müqavilə uzunmüddətli deyil. Danimarkanın TV2 kanalına müsahibə verən komandanın texniki direktoru Frederik Vassyör bu barədə danışıb: “Hər iki pilotumuzla da müqaviləmiz birillikdir. Formula1 sürətlə dəyişikliyə uğrayan bir idman növüdür. Buna görə də, sürücülər adətən bir komandada 4-5 il qalmırlar. Biz bu il nəticə əldə etmək istəyirik. Amma sürücülərimizdən yaxşı nəticə gözləmək üçün onlara yaxşı maşın verməliyik. Hər şey sıra ilə olmalıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 407
Teqlər , , , , ,
Paylaş

logo