16 Dekabr 2017, Şənbə - 15:12

F.Vassyör Hülkenberqin Renault-nu seçməsindən razıdır

F.Vassyör Hülkenberqin Renault-nu seçməsindən razıdır

Müəllif: Mir Cəlal Mir Cəlallı, müəllif

19:18 - 15 Oktyabr, 2016

F-1.az xəbər verir ki, Renault komandasının rəhbəri Frederik Vassyör Niko Hülkenberqin hazırda yarışan pilotlar arasında ən yaxşılardan biri olduğunu deyib.

Niko Hülkenberq sakit  sürücülük tərzi ilə hər zaman diqqət mərkəzində olub. Hülkenberq gələn ildən etibarən Renault komandasında yarışacaq və bu keçid onun karyerasında yüksəlişə səbəb ola bilər. Frederik Vassyör alman pilotun Formula1-də yarışan ən yaxşı pilotlardan biri olduğunu deyib.

Frederik Vassyör: “Ən yaxşı pilotlardan birini aldğımızı düşünürəm. Onu digər seriyalardan tanıyıram. Hülkenberq Formula BMW, Formula3 və GP2 seriyalarında hər şeyi qazanmış bir pilot olub. O zavod komandası ilə yarışmalı olduğunu bilir. Niko ilə müqavilə bağlamaq əhəmiyyətli addım idi. Növbəti məsələ ikinci pilotumuzla əlaqədar qərar verməkdir”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 107
Teqlər , ,
Paylaş

logo