F.Tost: “Toro Rosso ən yaxşı dövrünü keçirdir”

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, hazırda ən yaxşı dövrlərini keçirirlər.

F-1.az xatırladır ki, əksəriyyət Toro Rosso-nun Honda mühərriyi ilə problemlər yaşayacağını gözləsə də, Pyer Qasli mükəmməl performansla Bəhreyndə 4-cü olub.

Frants Tost: “Toro Rosso tarixinin ən yaxşı dövrünü yaşayır. Bunun əsas səbəbi bolidi daha rahat dizayn etməyimizdir. Güc qurğusunun bolidə necə yerləşdirilməsi, soyutma sisteminin necə yığılması və digər qurğuları yerində gördük və bolidi buna əsasən yığdıq. Gələn il bundan daha çox yararlanacağıq. Honda ilə münasibətimiz daha yaxşıdır və onlarla işlədiyimiz üçün xoşbəxtik. Komanda olaraq problemsiz işləməyin yolunu tapdıq. Bundan sonra işlərin yaxşılaşmasını gözləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*