23 Oktyabr 2017, Bazar ertəsi - 15:22

F.Tost: “Sürücü dəyişikliyindən sonra komanda daha güclü oldu”

F.Tost: “Sürücü dəyişikliyindən sonra komanda daha güclü oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

18:19 - 07 İyul, 2016

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, sürücü dəyişikliyindən sonra komandada hər şey yaxşılığa doğru gedib və hamı öz işini daha yaxşı görür…

F-1.az xatırladır ki, Kvyat 2016-cı il mövsümünə Red Bull komandasında başlamışdı. Amma Rusiya QP-dən sonra rusiyalı sürücü Toro Rosso-ya göndərilmiş və onu Maks Ferstappen əvəzləmişdi. Kvyat Toro Rosso-ya transfer olunduqdan sonra sadəcə 1 xal qazana bilib.

Tost bu barədə danışıb: “Mövsümün ortasında edilən sürücü dəyişiklikləri həmişə çətin olub. Üstəlik siz Maks kimi güclü sürücünüzü itirirsiniz. Komanda olaraq işimizi yaxşı görməyə çalışırıq. Kvyat komandaya öyrəşməyə başlayır. Bundan sonra yaxşı performans göstərəcəyinə əminəm. Toro Rosso sürücüləri Red Bull üçün hazırlayır. Buna görə də bu keçid normal qarşılanmalıdır. Red Bull-un tərkibində 4 nəfər istedadlı, sürətli və yetkin sürücü var. Bu 4 sürücüyə onlar üçün əlverişli bolid versəniz, yarış qazana biləcəklərini görərsininz. Vaxt keçdikcə bunu isbatladılar. Bütün sürücülərimiz təcrübəlidirlər və parlaq gələcəkləri var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 141
Teqlər , , ,
Paylaş

logo