F.Tost: “Saynsın getməsi böyük itki oldu”

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, Karlos Saynsın komandadan ayrılması böyük itki olub.

F-1.az xatırladır ki, Karlos Sayns Toro Rosso ilə 48 xal toplasa da, ABŞ yarışından etibarən Renault ilə yarışmağa başlamış və bundan sonra italyan təmsilçisi Kvyatla sadəcə 1 xal toplaya bilmişdi. Buna görə də italiyalı “qırmızı buzovlar” turnir cədvəlindəki altıncılığı da itirmişdilər.

Frants Tost: “Komandanın builki əksər xallarını Karlos Sayns qazandığı üçün Toro Rosso-ya böyük itki oldu. Bolidi yaxşı tanıyırdı. Təkərləri yaxşı işlədirdi və komanda ilə yaxşı anlaşırdı. Getməklə bizə zərər verdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*