F.Tost: “Kvyat psixoloji cəhətdən güclüdür”

Frants Tost bildirib ki, Daniil Kvyat son hadisələrdən sonra mübarizəyə qayıtmaq üşün güclü psixologiyaya sahibdir.

F-1.az xatırladır ki, Kvyat Fettel ilə yaşadığı insidentdən sonra Red Bull-dan Toro Rosso-ya göndərilmişdi.

İspaniya və Monakoda yenidən Toro Rosso üçün yarışan Kvyat, Monako QP-də Maqnussen ilə insident yaşamış və yenidən tənqid atəşinə tutulmuşdu. Amma Toro Rosso komandasının rəhbəri Frants Tost düşünür ki, Kvyat çox güclüdür: “Təbii ki, Red Bull kimi lider komandadan orta qrupda yarışan Toro Rosso-ya keçməsi onun üçün çətindir. Bunu həzm etmək asan deyil.

Təzə gələndə vəziyyəti heç də yaxşı deyildi. Amma bir yerdə bir neçə toplantı etdik və bir neçə dəfə şam etdik. Düşünürəm ki, yenidən əvvəlki gücünə qayıtdı. O artıq yeni işinə fokuslanmağa başlayır. Bütün problemləri dəf etməyə çalışır. Düşünürəm ki, önündəki əngəlləri qaldıracaq. Bəlkə Red Bull dövrü onun üçün qısa oldu, amma o yenidən ora qayıda bilər”.

Tost bildirib ki, 2017-ci ildə də Kvyat və Sayns cütü ilə davam edə bilərlər: “Bir sürücünü dəyişdirmək üçün onu əvəzləyə biləcək sürücünü tapmaq lazımdır. Bu qərarı mövsümün sonunda Red Bull verəcək. Son söz onlarındır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*