20 Oktyabr 2017, Cümə - 07:16

F.Tost: “Formula1-də onlayn yarışlar olmalıdır”

F.Tost: “Formula1-də onlayn yarışlar olmalıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

17:24 - 24 Yanvar, 2017

Toro Rosso komandasının rəhbəri Frants Tost gənc insanların marağını çəkmək üçün bazar günü səhərlər onlayn yarışlar keçirilməsini təklif edib.

F-1.az xatırladır ki, son illərdə Formula1-ə olan marağı artırmaq üçün çoxlu işlər görülür və bunun üçün son dəfə sıralanma turu formatını dəyişdirmişdilər.

Formula E hər yarış həftəsonunun bir hissəsi kimi onlayn yarışlar təşkil edir. Son dəfə Las Veqasda böyük bir yarış keçirilmiş və bir milyon dollar dəyərində mükafatlar paylanılmışdı.

Frants Tost: “Şounu inkişaf etdirməliyik. Gənclərin marağını cəlb etmək üçün onlayn yarışlar təşkil edə bilərik.

Niyə bazar günü səhərlər onlayn yarış təşkil etmirik? Biz bütün dünyada insanların marağını cəlb edə bilərik. Bu sadəcə bir oyun olacaq və şirkətlər bu oyunda iştirak etmək üçün əllərindən gələni edəcəklər. Gənclərin bolidlərə elə də marağı yoxdur. Onların diqqətini cəlb etmək üçün bir yol tapmalıyıq”.

Tost əlavə edib ki, ölkələr Formula1 yarışlarını tanıtmaq üçün daha yaxşı işlər görməlidirlər: “Bu yarışın təqdimatı ən azı 3-4 ay əvvəldən başlamalıdır. Bəzi sürücülər üçün imza mərasimləri təşkil edilə bilər. Şoular yaratmaq olar. Formula1 xüsusi seriyadır və hər ölkədə sadəcə bir dəfə olur. Bu idman üçün qeyri-adi işlər görülməlidir. İnsanlar bunun xüsusi bir şey olduğunu hiss etməlidirlər”.

Tost bildirib ki, idmana olan marağı artırmaq üçün Amerikanın təşkil etdiyi Teylor Svift konserti kimi tədbirlər artırılmalıdır: “Mükəmməl bir proqram hazırlanmalıdır. Konsert üçün 70-80 min adamın gəldiyini düşünün. Amerikanların Ostindəki konsertinə göz gəzdirməkdə fayda var.

Albert Parka ailələr gələ bilir, çünki Melburn Formula1-i sevir. İnsanlar tarixi bolidləri, yeni bolidəri və fantastik yarışları görmək istəyirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 068
Teqlər , , , ,
Paylaş

logo