20 Oktyabr 2017, Cümə - 20:05

F.Tost: “Ferstappeni əldən vermək asan olmadı”

F.Tost: “Ferstappeni əldən vermək asan olmadı”

Müəllif: Rauf Hacıyev, redaktor

15:10 - 22 Sentyabr, 2016

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, Maks Ferstappeni əldən vermək onlar üçün heç də asan olmayıb…

F-1.az xatırladır ki, hollandiyalı sürücü İspaniya QP-dən əvvəl Toro Rosso-dan Red Bull-a transfer olunmuş və avstriyalıların heyətindəki ilk yarışındaca qalib gəlibmişdi.

Frants Tost: “Mövsümün ortasında sürücü dəyişdirmək hər komands üçün çətin olur. Sürücü komandanın bütün üzvləri üçün motivasiya mənbəyidir. Maks xüsusi sürücüdür və onun kimi pilotu əldən vermək komanda üçün asan olmadı. Daniil istedadlı sürücüdür, amma Red Bull kimi komandadan gəldiyi üçün buraya adaptasiya olunması çətin oldu”.

Tost əlavə edib ki, çoxlu yeniliklərin olacağı 2017-ci ildə komandanın Sayns kimi sürücüyə ehtiyacı var. Buna görə də Red Bull komandası onu heç bir yerə buraxan deyil: “Karlosun Red Bull ilə müqaviləsi var və inanmıram ki, Red Bull onu harasa buraxsın. Çünki komanda Saynsın karyerası üçün çoxlu pul xərcləyib və hazırda onun Red Bull-dan getməsi üçün hər hansı bir səbəb görmürəm. Toro Rosso-nun Karlosa ehtiyacı var, çünki o sürətli və istedadlıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 140
Teqlər , , , ,
Paylaş

logo