22 Oktyabr 2017, Bazar - 10:26

F.Tost: “Əsl şou üçün mühərriklərin gücü bərabər olmalıdır”

F.Tost: “Əsl şou üçün mühərriklərin gücü bərabər olmalıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

20:52 - 22 Dekabr, 2016

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, daha sıx mübarizə üçün bütün mühərriklər eyni gücdə olmalıdırlar.

F-1.az xatırladır ki, Mercedes turbo erası başladıqdan sonra 59 yarışdan 51-də qalib gəlib. Almanlar 3 dəfə mühəndislər və sürücülər çempionatında qalib gəliblər.

Amma gələn il texniki reqlamentdə dəyişikliklər olacaq və aerodinamika yenidən ön plana çıxacaq.

Amma Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, əgər Mercedes-in hegemonluğu davam etsə, mühərriklərin inkişafı dondurulmalıdır: “Əgər yarışları daha həyəcanlı etmək istəyirsinizsə, mühərriklər eyni gücdə olmalıdırlar. Əgər 2017-ci ildə də Mercedes üstün olsa, onda fərqin bağlanması üçün mühərriklərin inkişafı dondurulmalıdır. Bu artıq mühərrik çempionatına dönüb. Mercedes-də Alonso və ya Fettel olsaydı, onlar da rahatlıqla çempion olardılar. Ümid edirəm ki, Red Bull və Ferrari gələn il inkişaf edə bilərlər. Azarkeşlər fərqli yarış qalibləri və yaralanma olmayan qəzalar görmək istəyirlər. Dostlarım mənə “artıq startlarda da qəza olmur” deyirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 321
Teqlər , ,
Paylaş

logo