F.Tost: “Dördüncülük mümkündür”

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, builki əsas hədəfləri Force İndia ilə 4-cü yer uğrunda mübarizə aparmaqdır.

F-1.az xatırladır ki, “qırmızı buzovlar” bu ildən etibarən Honda mühərriklərindən istifadə edəcəklər.

Frants Tost: “Beşlikdə olmalıyıq. İlk üçlüyü unutmaq lazımdır. Onlar ayrı liqadadırlar, çünki onların böyük büdcələri və resursları var. Amma dördüncülük üçün hər şey mümkündür. Çünki Force İndia və Williams-ın da büdcələri bizə yaxındır. Onlara yaxın olmamaq üçün bəhanəmiz yoxdur.

McLaren-in də güclənməsini gözləyirəm və Renault ilə daha yaxşı performans göstərəcəklər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*