F.Tost: “Bu mövsümün tez bitməsini istəyirik”

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, onlar 2016-cı il mövsümünün bitməsini səbirsizliklə gözləyirlər.

F-1.az xatırladır ki, Toro Rosso bu mövsüm Ferrari-nin 2015-ci ildəki mühərriyindən istifadə etmiş və mövsümün sonuna doğru rəqiblərindən geri qalmağa başlamışdı.

Amma italyanlar gələn mövsümdən etibarən Renault mühərriyindən istifadə edəcəklər və fransızlar Toro Rosso-ya Red Bull-a etdiyindən çox kömək edəcəklər.

Frants Tost: “Pit yolunda digər komandaların mühəndisləri ilə danışsaq, bütün bolidlərin yaxşı olduğunu eşidəcəyik. Amma biz əminik ki, Ceyms Ki gələn il üçün əla şassi yığacaq və Renault da inkişaf edəcək. Bundan başqa 2-3 illik təcrübələri olan iki sürücümüz var. Təcrübə Toro Rosso üçün yaxşı olacaq. Bu da o deməkdir ki, biz gələn il ilk beşlik üçün mübarizə apara bilərik.

Amma gələn illə bağlı çoxlu sual işarələri var. Təzə təkərlər, bolidlər və texniki reqlament gəlir. Görək nə olur, amma mən müsbət fikirdəyəm və səbirsizlənirəm. Çatışmayan yönlərimiz çoxdur və buna görə də mövsümün tez bitməsini istəyirəm. Bu mövsüm bitəndən sonra xoşbəxt olacam. Beləliklə, gələn mövsümə daha rahat hazırlaşa biləcəyik. Əminəm ki, gələn il çox güclü olacayıq”.

Tost bildirib ki, Renault mühərriyinə keçəndən sonra Red Bull-a yaxınlaşacaqlar: “Renault mühərriyinə keçdiyimiz üçün arxa tərəfi dəyişdirəcəyik. Ötürmələr qutusu, daxili hidravlika və başqa şeylər üçün işbirliyi edəcəyik”.

Jurnalistlər Tostdan – “bu tərəfdaşlıq Ferrari və Haas-ın tərəfdaşlığı kimi olacaq?” – deyə soruşublar: “Onların tərəfdaşlığı barədə məlumatım yoxdur. Sadəcə yeni qaydalara görə daha yaxından işləyəcəyik. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*