17 Dekabr 2017, Bazar - 12:08

F.Nasr: “Xal almaq üçün bəxtimiz gətirməlidir”

F.Nasr: “Xal almaq üçün bəxtimiz gətirməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

13:18 - 04 Oktyabr, 2016

Sauber komandasının sürücüsü Felipe Nasr bildirib ki, xal almaq üçün təhlükəsizlik avtomobilinin dəstəyinə və ya bəxtə ehtiyacları var…

F-1.az xatırladır ki, Sauber komandası bu mövsüm xal ala bilməyən yeganə komandadır. İsveçrəlilər bu mövsüm də xal ala bilməsələr, son 3 mövsümdə ikinci dəfə xalsız qalacaqlar. Sauber komandasının xal almaq üçün 5 yarışı var.

Nasr isə bildirib ki, Yaponiyada yenilik etsələr belə, bu, sürətlənmək üçün kömək etməyəcək: “Yaponiyada boliddə bəzi dəyişikliklər edəcəyik. Görək bizə nə cür fayda verəcək. Bir az bəxtə və təhlükəsizlik avtomobilinə ehtiyacımız var. Belə olan halda xal ala bilərik. Amma hər şeydən əvvəl sürətlənməliyik. Nə məndə, nə də Erikssonda sürət yoxdur”.

Nasr Malayziya yarışının bitməsinə 10 dövrə qalmış elektronik əyləc problemi yaşamışdı və buna görə də yarışı vaxtından əvvəl dayandırmalı olmuşdu: “Heyif ki, yarışı dayandırmalı oldum. 15-ci döngədə əyləc boşaldı və boksa qayıtmalı oldum”.

Sauber komandası Malayziyadakı pis starta görə ilişmə muftasında problem olub-olmadığını araşdıracaq. Hər iki sürücü yaxşı start alsalar da, birinci döngədə geri düşmüşdülər.

Felipe Nasr: “Bərbad start aldım. Qızdırma dövrəsində yaxşı idik, amma birinci dövrədən sonra çox gerilədim. Markus da eyni problemi yaşadı və buna görə də, komanda ilişmə muftasını yoxlayır.

Yarışa baxsanız görərsiniz ki, yaxşı start almışıq, amma sonrakı 100 metrdə problem yaşamışıq”.

Sauberin digər sürücüsü Eriksson isə yarışı 12-ci yerdə bitirmişdi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 101
Teqlər , ,
Paylaş

logo