F.Nasr Sauber-dən ayrılır?

Felipe Nasr ikiillik Sauber karyerasının sonuna yaxınlaşır...

F-1.az xatırladır ki, keçən il Formula1-də debüt edən Felipe Nasr, ilk mövsümündə əfsanəvi yarışlar keçirtmişdi. Amma braziliyalı bu mövsümə pis baladı və hazırda komanda yoldaşı Erikssondan geridə qalır.

Nasr Monako tarışında komanda əmrlərinə əməl etmədi və bunun nəticəsində Eriksson ilə insident yaşadı. Belə şayiələr var ki, Nasrın bu hərəkəti Monişa Kaltenbornun xoşuna gəlməyib və araları dəyib. Bundan başqa, Nasrın Eriksson ilə də arasının pis olduğu düşünülür.

Çıxan xəbərlərə görə Nasrın sponsoru olan Banco do Brazil 2017-ci il üçün başqa alternativlərə baxır. Braziliyalı sürücü də 2017-ci il üçün Sauber-dən başqa alternativlərinin olduğunu qəbul edir: “İlk seçimim əlbəttə Sauber olacaq. İlin sonuna qədər bu komanda ilə müqaviləm var. Masanın üstünə bütün alternativləri qoyub, ən yaxşısını seçməliyəm. Amma Sauber-i tamamilə rədd etmək olmaz. Gələn il üçün çoxlu alternativim var”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*