22 Oktyabr 2017, Bazar - 01:27

F.Nasr Braziliyanın gələcəyinə görə narahatdır

F.Nasr Braziliyanın gələcəyinə görə narahatdır

Müəllif: Rauf Hacıyev, redaktor

16:12 - 07 May, 2017

Sabiq Formula1 sürücüsü Felipe Nasr peletondakı braziliyalı sürücülərin sayının azalmasından narahat olduğunu deyib.

F-1.az xatırladır ki, Formula1-də uzun illərdir ki, braziliyalı sürücülər çıxış edir və Emerson Fittipaldi, Nelson Pike və Ayrton Senna kimi sürücülər Dünya Çempionu titulunu qazana biliblər.

Amma 1991-ci ildə Senna çempion olduqdan sonra heç bir braziliyalı sürücü çempion ola bilməyib. Formula1-də son qələbə qazanan braziliyalı sürücü Barrikello (İtaliya, 2009-cu il), sonuncu dəfə podiuma yüksələn isə Massa (İtaliya, 2015-ci il) olub.

Nasrın keçən il Sauber-dən qovulması və Felipe Massanın təqaüdə çıxması ilə 1969-cu ildən sonra peletonda braziliyalı sürücünün olmayacağı gözlənilsə də, Niko Rosberqin gözlənilmız istefasına görə Massa yenidən idmana qayıtmışdı. Amma 36 yaşlı sürücünün gələn il karyerasına davam etməsi müəmmalıdır.

Felipe Nasr: “Təbii ki, bu hal bizi narahat edir. Eyni zamanda, gənc nəsil üçün də narahatam. Braziliyanın Formula1 tarixində xüsusi yeri var və bu mirasın itməsinə icazə verə bilmərik. Əminəm ki, ölkəm də belə düşünür. Yeni sürücülərin Formula1-ə yüksəlməsini təmin etməliyik.

Menecerim hazırda Formula1-ə qayıtmağım üçün bir neçə komanda ilə danışır.

Bir az vaxt lazımdır. Arxamızda çoxlu maliyyə dəstəyimiz var və bəzi şeyləri bir yerə gətirməliyik. Sabah Formula1 bolidinə otursam, yarışmağa hazıram. Planlaşdırdığım kimi 3 kiloqram əzələ yığmışam.

Keçən il Sauber komandasına qazandırdığım 2 xal çox dəyərli idi və onlar üçün nə qədər işlədiyimi bilirəm. Statistikaya baxsanız, Formula1-də iki mükəmməl mövsüm keçirdiyimi görərsiniz. Mən orada olanda komanda çətin dövrdən keçirdi. O cür şəraitdə sürücülərin güclərini göstərməsi asan olmur. Amma hər fürsəti dəyərləndirdim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 679
Teqlər , ,
Paylaş

logo