F.Montanyi: “Həmilton Formula1-dən bezib”

Keçmiş F1 sürücüsü Frank Montanyi britaniyalı pilotun Formula1-ə kifayət qədər diqqət ayırmadığını düşünür.

F-1.az xəbər verir ki, 2007-ci ildən bəri Formula1-də mübarizə aparan və 2008, 2014 və 2015-ci illərdə dünya çempionu olan Lyuis Həmilton builki çıxışına görə tənqid atəşinə tutulub. Sabiq Formula1 sürücüsü Frank Montanyi onun çox çalışmadığını düşünür.

Frank Montanyi: “Niko keçənilki illə müqayisədə çox dəyişilib. İndi təzyiqə daha yaxşı tab gətirir. Monakoda və Kanadadakı açıq məğlubiyyətdən sonra demək olar ki, hər yarışda Həmiltona uduza bilərdi. Amma o, Bakı yarışından əvvəl simulyatorda çox işlədi və bu da onun qalib gəlməsinə kömək etdi.

Həmilton onu rahat məğlub edə biləcəyinə inandı. O, əvvəlki illə müqayisədə Formula1-ə daha az diqqət yetirir. Bakıya simulyatorda işləyərək getmək əvəzinə öz istedadına güvəndi və səhv etdi. İndi də təzyiq altında olan odur. Deyəsən, onun diqqəti çox uzaqdadır. Formula1-dən bezib. O, Rosberqdən sürətli görünür, amma öz üzərində mütəmadi olaraq işləmir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*