F.Massaya yeni vəzifə verilib

Formula1 karyerasını yenicə tamamlayan braziliyalı sürücü FİA-nın Beynəlxalq Kartinq Komissiyasına rəhbər təyin olunub.

F-1.az xatırladır ki, braziliyalı sürücü karyerasını başa vurduqdan sonra avtoidmanda müxtəlif vəzifələrdə işləyə biləcəyini demişdi. Bu məsələ artıq reallaşıb. Massa FİA-nın Baş Assambleyasının cümə günü Parisdə mükafat mərasimindən əvvəl baş tutan yığıncağında bu vəzifəyə layiq görülüb. Hollandiyalı Kes van der Qrint komissiyanın vitse-prezidenti kimi fəaliyyətini davam etdirəcək.

Massanın Formula E seriyasında yarışmaq potensialı barədə də çox söz-söhbət gəzirdi, lakin komandaların sürücü heyətləri artıq məlum olduğundan, bu planı gələn ilə təxirə salmaq məcburiyyətində qalıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*