26 Sentyabr 2018, Çərşənbə - 01:42

F.Massanın bloqu: “Mercedes sürətli olsa da, Ferrari çempion ola bilər”

F.Massanın bloqu: “Mercedes sürətli olsa da, Ferrari çempion ola bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

08:19 - 31 Mart, 2017

Felipe Massa 2017-ci ildə ilk bloq yazısında Formula1-ə qayıdışından sonrakı ilk yarışından və ön qrupdakı mübarizədən danışıb. F-1.az saytı olaraq, sizə bu yazını təqdim edirik.

Felipe Massa: “Yenidən başlayırıq. 2016-cı ilin sonunda əlvida dedikdən az müddət sonra Williams komandası qayıtmağımı istədi və mən də müsbət cavab verdim. Fiziki cəhətdən hazır olmaq üçün çətin qış keçirdim və Barselonadakı testlərdə müsbət yönlü düşüncələrdə idim. Yeni bolid çox yaxşıdır. Dördgünlük testlərdən əmin olmasam da, Melburnda hər şey yaxşı idi. Testlərdəki müsbət düşüncələrimiz səhv deyildi, Çünki Albert Parkdakı sərbəst yürüşlər ümidlərimi doğrultmuşdu. Bolid qətiliklə güclü idi və əla başlanğıc oldu. Amma sıralanmadan əvvəlki hazırlıqlar ideal deyildi. Kiçik elektrik probleminə görə ikinci sərbəst yürüşlərdə iştirak edə bilmədim və cümə günü UltraSoft təkərlərdən istifadə edə bilmədik.

Üçüncü sərbəst yürüşlərdə isə yarış tempində getməli idim və son dəqiqələrdə sıralanma tempində gedəcəkdim, amma qırmızı bayraqlar çıxdığı üçün bunu edə bilmədim. Buna görə də sıralanma turuna kor-koranə vəziyyətdə başlamalı oldum, amma hər şey yaxşı keçdi. Lakin Roman Qrojanın dövrəvi nəticəsi və bizim önümüzdə olması məni təəccübləndirdi. Yarışda performansımızı göstərərək, Ferrari, Mercedes və Red Bull-dan sonra 6-cı olduq. Buna görə də yaxşı başlanğıc idi. Vacib xallar qazandıq və həftəsonundan çox razıyam.

Təbii ki, ön qrupdakı komandalarla fərq çoxdur və qayda dəyişiklikləri böyük büdcəli komandalara daha çox kömək edir. Red Bull hələ tam potensialını göstərə bilməyib. Onlar Ferrari və Mercedes-dən yarım saniyə geridə qaldıqları halda, biz onlardan ikiqat zəifik.

Ferrari-nin performansı təəccübləndirdi. Keçənilki zəif performanslarından sonra bəzi mütəxəssislər düşünürdülər ki, o problemlər yeni mövsümdə özlərini əks etdirə bilərlər.

Kənardan baxanda elə görünürdü ki, Ferrari 2016-cı il bolidini mövsümün sonuna kimi inkişaf etdirib. Buna görə də 2017-ci il bolidində geridə qalacağı gözlənilirdi. Amma əksinə Ferrari gözəl iş görüb. Bolidləri rəqabətədavamlıdır və çempion olacaqlarına inanıram. Mercedes bir neçə saniyə sürətli ola bilər, amma Fettel sübut etdi ki, rəqibin kiçik bir səhvini də bağışlamayacaq.

Podiumda fərqli sürücülərin və fərqli qaliblərin olması idman üçün çox vacibdir. Azarkeşlərin də danışmaq üçün mövzusu çox olur, çünki bir komanda qalib gələndə danışmağa söz də qalmır.

Mən də əlimə düşən fürsətlərdən istifadə etmək istəyirəm. Düşünürəm ki, bu il çoxlu fürsətimiz olacaq. Hazırda Çin yarışına fokuslanmışam. Keçən il burada 11-ci yerdən 6-cı yerə yüksəlmişdim və bizim üçün əla yarış olmuşdu. Görək bu il necə olacaq. Bir şeydən əminəm ki, ən gözəl fanlardan bəziləri ilə görüşəcəyik. Otelimə gedəndə bəzi gözəl hədiyyələrin məni gözləyəcəyini bilirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 398
Teqlər , , , , ,
Paylaş

logo