F.Massanın bloqu: “Bəhreyndə orta qrupun ən güclüsü olduğumuz sübut olundu”

Williams komandasının sürücüsü Felipe Massa komandasının Bəhreyndəki performansından və Maks Ferstappen ilə münasibətindən yeni bloqunda bəhs edib. F-1.az olaraq sizə bu yazını təqdim edirik.

Felipe Massa: “Bəhreyn Qran Prisi komandamız üçün əla keçdi. Əlimizdən gələn ən yaxşı nəticəni göstərdik. Bolidimiz birinci sərbəst yürüşlərdən etibarən çox güclü idi. İkinci sərbəst yürüşlərdəki yarış tempində atdığımız dövrələrdən sonra müsbətyönlü düşünürdüm və anlamışdım ki, bazar günü yarış üçün yaxşı fürsətimiz var.

Amma Renault sıralanma turunda güclü performans göstərdi və Hülkenberq məni qabaqladı. Çində son anda Hülkenberqi geridə qoysam da, Bəhreyndə çox güclü idi.

Amma yarışa yaxşı start verərək Renault-nu keçdim və yarış tempimiz Mercedes, Ferrari və Red Bull ilə mübarizə aparmağa imkan verməsə də, rəqabətədavamlı olduğumuzu göstərdik. Amma yarışda iki dəfə Kimi Rəykkönen ilə mübarizə apardım və həzz aldım. Təkərlər yeyilməyə başlayanda ilk 3 komanda ilə olan fərq ortaya çıxdı. Altıncı yer ilk 3 komandadan sonra ən yaxşı olduğumuzu göstərmək üçün vacib idi. Amma Çindəki problemləri burada yaşamamağımız əla xəbər idi. Əminəm ki, aşağı temperaturlu traslara qayıtdığımızda da eyni problemləri yaşamayacağıq. Başqa gözəl hadisə isə pit-stoplardır. Buna görə komandama təşəkkür etməliyəm. Bu yöndə ən yaxşıyıq. Melburn və Çindən sonra növbəti dəfə təkərləri ən sürətli dəyişdirən komanda idik.

Yarışdan sonra bütün komandalar və bəzi sürücülər mövsümiçi testlərdə iştirak etmək üçün Saxirdə qaldılar. Bu təkmilləşmə yarışında Williams-ın yerini itirəcəyinə inanmıram.

Pəddi Lou və aerodinamika şöbəsi 2016-cı ildən fərqli inkişaf proqramı hazırlayıblar. Bəhreyndə yaxşı işləyən bəzi detalları sınaqdan keçirdim. Eyni şeyi Soçi və Barselonada da edəcəyik. İl ərzində ən yaxşı komandalara problem yaradıb-yaratmayacağımızı görəcəyik. Amma bu il çempionluq uğrunda mübarizə aparan iki komandanın olması çox gözəldir. Bu neçə illərdir görmək istədiyimiz şeydir. Nəticələri əvvəldən proqnozlaşdıra bilməmək çox yaxşıdır. Qələbə üçün çoxlu komandanın yarışması azarkeşlər üçün də maraqlı olar. Bunun gələcəkdə reallaşmasını ümid edirik.

Soçiyə getməmişdən əvvəl Maks Ferstappenə uğurlar arzu edirəm. Saxirdəki sözlərinə görə aramızda bəzi problemlər yaşandı. Amma onunla danışaraq, bəzi şeyləri həll etdik. O yaxşı adamdır və güclü sürücüdür. O keçən il Braziliyada əla performans göstərdi və bu performansına görə yerli publika onu yenidən dəstəkləyəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*