20 Oktyabr 2017, Cümə - 05:35

F.Massadan Strolla: “Ağlını başına yığ”

F.Massadan Strolla: “Ağlını başına yığ”

Müəllif: Rauf Hacıyev, redaktor

09:07 - 28 Aprel, 2017

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, komanda yoldaşı Ləns Stroll yarış bitirə bilsə, psixoloji cəhətdən güclənəcək.

F-1.az xatırladır ki, kanadalı sürücü mövsümün ilk 3 yarışında finişə çata bilməyib. 18 yaşlı sürücü Avstraliyada əyləc problemi yaşadığı halda, Çin və Bəhreyndə insident yaşayaraq mübarizəni dayandırmalı olub. Stroll bu mövsüm cəmi 52 dövrə vura bilib və hazırda paddokda ən az dövrə vuran sürücüdür. Bundan başqa hazırda yarışan sürücülər arasında karyerası ərzində xal almamış yeganə sürücüdür.

Felipe Massa: “Ona deyəcəm ki, ağlını başında tut. Mətbuatda yazılanlara fikir vermə və hər şeyin qaydasında getdiyinə inan. İlk finişini gördükdən sonra özünə güvənəcək. O hələ yeni başlayıb. Heç nə gözlədiyi kimi olmadı. İlk yarışda əyləclərlə bağlı problem yaşadı, amma Çin və Bəhreyndə onun günahı yox idi. Çində Pereslə təmas yaşadı. O təmasdan kim qaça bilərdi? Heç kim! Son yarışda da onun səhvi yox idi. Buna görə də ona şans verməliyik. Problemsiz həftəsonu keçirməsi çox vacibdir.

Konstruktorlar çempionatında 4-cü yeri tutmaq asan olmayacaq. Digər komandalar iki sürücü ilə xal qazandığı halda, bizim komandada təkcə mən xal qazanıram. Buna görə də çətin olacaq. Amma Ləns yarış bitirsə, inkişaf edəcək və xallar qazana biləcək. Mübarizənin içindəyik. Bəlkə də, 4-cü yeri tuta bilərik. Niyə də yox?”.

Ləns Stroll da bu barədə belə düşünür: “Sözün açığı, hər həftəsonu olduğu kimi yaxşı yarış keçirməyi ümid edirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 790
Teqlər , , , ,
Paylaş

logo