19 Noyabr 2017, Bazar - 14:29

F.Massadan növbəti bloq: “Amerika yarışı pis xatirələrlə yadımda qaldı”

F.Massadan növbəti bloq: “Amerika yarışı pis xatirələrlə yadımda qaldı”

Müəllif: Rauf Hacıyev, redaktor

13:01 - 27 Oktyabr, 2016

Felipe Massa MotorSport.Com saytı üçün növbəti bloqunu yazıb və bu yazısında Amerika yarışının son dövrələrində Alonso ilə yaşadığı insidentdən danışıb. F-1.az bu yazını sizin nəzərinizə çatdırır…

Felipe Massa: “Amerika yarışı bizdə acı xatirələr qoydu. Williams komandası ilə yarışa yaxşı hazırlaşmışdıq və yarışın bitməsinə bir neçə dövrə qalmış 5-cilik üçün əla şansımız var idi. Bu da gördüyümüz işlərin qarşılığında əla mükafat olardı.

İndi isə yarışın ortalarında Saynsı təxminən 6 saniyə qabaqladığım ana geri dönək. Təkərlərimi dəyişmək üçün sonuncu dəfə pitə gəldim və Medium təkərlərə keçdim. Trasa qayıdan kimi Virtual Təhlükəsizlik Maşını rejimi işə düşdü. Sayns da bundan istifadə edib, pit-stopunu etdi və trasa məndən 5 saniyə öndə qayıtdı. Amma heç nə bitməmişdi. Son dövrələrdə 5-ci yeri geri qaytarmaq üçün əlimdən gələni etdim. Bilirdim ki, Saynsın Soft təkərləri mənim Medium təkərlərimə nisbətən tez yeyiləcək.

Amma heyif ki, ümidlərim Fernando Alonso ilə sona çatdı. Yarışın bitməsinə bir neçə dövrə qalmış 15-ci döngədə əylənmə zonasına gəldim. Sayns əylənərək, məni bir az blokladı. Mən güzgüyə baxdım və Alonsonun uzaqda olduğunu gördüm. Buna görə də daha yaxşı sürətlənmək üçün trayektoriyanı bir az da geniş götürdüm.

Daha sonra isə Alonsonun mümkünsüz hücum etməsi pis oldu, çünki mən orada olmasaydım, tras xaricinə çıxacaqdı. Əslində, onun orada dönməyinə mən kömək etdim. Çünki bolidin üzərindəki kameradan baxsanız, görərsiniz ki, o, təkərləri bloklayaraq gəldi. Təkərlərimiz bir-birinə çırpıldı və məni trasdan çıxardı.

Mən orada sadəcə bir yer itirmədim. Təkərim də partladı. Sonda daha bir dəfə pitə girməli oldum və yarışı 7-ci pillədə bitirdim. Finiş xəttini keçərkən məyus idim.

Əmin idim ki, Alonso cəza alacaq. Daha sonra Saynsı da tras xaricinə çıxaraq ötdü. Stüardlar bizi yanlarına çağırıb sorğu-sual etdilər və biz izahat verdik. Amma orada onlarla danışanda anladım ki, heç bir cəza verilməyəcək.

Fernandoya qarşı yaxşı davranmaq istəyirdilərsə, məni niyə çağırdılar? Bunu başa düşmədim, çünki mən olmasam belə onunla xoş danışa bilərdilər.

Stüardların qərarını qəbul etsəm də, şəxsən bunu düzgün saymıram. Formula1-dəki qaydalar sabit formada tətbiq edilmir. Bu da onlardan biridir. Komanda olaraq yaxşı hazırlaşdığımız həftəsonunda bunun olması pis oldu. Force İndia ilə fərqi 6 xal bağlayacaqdıq, amma cəmi 2 xal bağlaya bildik.

İndi isə bizi Meksikada çətin bir həftəsonu gözləyir. Ümid edirəm ki, Ostində olanlar çempionatın nəticəsinə təsir etməz. Belə olan halda, bu bizim üçün ikiqat təhqir olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 134
Teqlər , , , , ,
Paylaş

logo