F.Massadan Ferstappenə: “Danışığına fikir ver!”

Williams komandasının sürücüsü Felipe Massa Bəhreyndə sıralanma turundan sonra braziliyalılar barədə ümumi söz işlədən Maks Ferstappenə xəbərdarlıq edib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü sıralanma turundan sonra Massanın son döngədə onu blokladığını və bu barədə braziliyalı sürücü ilə danışmağın mümkünsüz olduğunu demişdi.

Amma 19 yaşlı sürücünün “çünki o – braziliyalıdır” ifadəsini Massa birmənalı qarşılamayıb: “Ona dedim ki, danışığına fikir ver. Nəticədə Braziliyaya gəlib yarışmalıdır və buna görə də sözlərinə fikir verməlidir. Braziliyalı insanları tanımadan bu cür söz deməsi heç düzgün deyil. Onsuz da sıralanma turunda nəyə görə əsəbləşdiyini başa düşməmişdim. Böyük ehtimalla komanda yoldaşına uduzduğu üçün günahkar axtarırdı və məni hədəf seçdi. Birini mütləq günahkar çıxarmalıdır. Eyni hadisə mənimlə Hülkenberq arasında da oldu, amma heç kim şikayət etmədi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*