21 Sentyabr 2017, Cümə axşamı - 12:33

F.Massa: “Yarışı qazana bilərdim”

F.Massa: “Yarışı qazana bilərdim”

Müəllif: Rauf Hacıyev, redaktor

08:14 - 28 İyun, 2017

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Azərbaycan Qran Prisində podiuma yüksəlmək ehtimalı olub.

F-1.az xatırladır ki, yarışın əvvəlində Fettellə mübarizə aparan braziliyalı sürücü daha sonra asılqanla bağlı problem yaşayaraq, düzlüklərdə geriyə düşməyə başlamışdı. Beləliklə, 36 yaşlı sürücü bu problemə görə yarışı dayandırarkən, 18 yaşlı komanda yoldaşı Ləns Stroll Bakıda karyerasının ilk podiumunu əldə etmişdi.

Felipe Massa: “Məyusam. Yarış mənim üçün mükəmməl gedirdi. Start, ötmələr, temp… Hər şey mükəmməl idi. Restart verildikdən sonra bolid düzlüklərdə titrəməyə başladı və yavaşladım. rəqiblərim məni asanlıqla keçirdi. Döngəyə də girə bilmirdim. Çünki titrəmə çox idi. Hər iki bolidlə podium şansımız var idi. Bəlkə yarışı qazana da bilərdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 111
Teqlər , , , ,
Paylaş

logo