11 Dekabr 2017, Bazar ertəsi - 08:06

F.Massa: “Yaralanmadığıma görə şanslıyam”

F.Massa: “Yaralanmadığıma görə şanslıyam”

Müəllif: Rauf Hacıyev, redaktor

16:17 - 29 Sentyabr, 2017

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Roman Qrojanın qəzasından sonra 2009-cu ildə Macarıstanda yaşadığı insidenti xatırlayıb.

F-1.az xatırladır ki, fransalı sürücü ikinci sərbəst yürüşlərdə yerindən çıxan bir drenaj qapağının üstündən keçmiş və təkəri partlamışdı. Qrojan bundan sonra yüksək sürətlə baryerlərə çırpılaraq qırmızı bayraqların çıxmasına səbəb olmuşdu. Haas komandasının sürücüsü baryerlərə çırpılarkən, arxadan Felipe Massa gəlirmiş.

Felipe Massa: “Bəxtim gətirdi ki, bu gün üstümə heç nə uçmadı. Romanın qəzaya görə yaralanmaması yaxşı oldu. Düzdür, bolidi pis gündədir, amma özü yaxşıdır. Məncə, FİA hər şeyə yaxşı nəzarət etməlidir. Bu cür hallar yaşanmamalıdır. Sadəcə arxası ilə gedirdim. Yanımdan nəsə keçdi, amma nə olduğunu bilmədim. Yaxşı ki, heç nə olmadı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 421
Teqlər , , , ,
Paylaş

logo