F.Massa Williams-la razılığa gəlib – Bottas Mercedes yolundadır

Felipe Massa 2017-ci il üçün Williams-ın təklifini qəbul edib və bu da o deməkdir ki, Valtteri Bottasın Mercedes-ə keçmək üçün önündə heç bir mane qalmayıb.

F-1.az Motorsport.com saytına istinadən bildirir ki, Massanın geri dönməsi üçün yeni müqavilə imzalanmayıb, amma braziliyalı sürücü britaniyalıların birillik təklifini qəbul edib.

Xatırladaq ki, Massa bu ilin Əbu Dabi yarışından sonra təqaüdə çıxmışdı. Amma Rosberq təqaüdə çıxdıqdan sonra Mercedes israrla Bottası transfer etmək istədiyi üçün Williams komandası çətin vəziyyətdə qalmışdı. Buna görə də, britaniyalılar Massadan xahiş ediblər ki, o, təqaüdə bir il gec çıxsın.

Beləliklə, Mercedes və Bottas müqavilə bağladığı halda Williams komandası təcrübəli bir sürücü ilə yarışa biləcək.

Gələn il texniki reqlamentdə böyük dəyişikliklər olacaq və buna görə də, təcrübə çox vacibdir. Williams komandası gələn mövsüm üçün 18 yaşlı Ləns Strolla müqavilə bağlayıb və bu da o deməkdir ki, britaniyalılar komandaya təcrübəli sürücü transfer etməlidirlər.

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirmişdi ki, yeni sürücünün adını yanvar ayında açıqlayacaqlar. Amma Williams komandasının bu həmləsi almanların qərarını tezləşdirə bilər. Rəsmi açıqlamanın növbəti günlərdə verilməsi gözlənilir…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*