F.Massa: “Williams cəzasını çəkir”

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Williams komandası pullu sürücülər seçdiyi üçün geridə qalıb.

F-1.az xatırladır ki, Williams komandası son illərdəki ən pis başlanğıcını edərək ilk 3 yarışdan xalsız ayrılıb. Əksəriyyət problemin boliddə olduğunu düşünsə də, geriləmənin səbəbini gənc sürücülərdə görənlər də var. Qeyd edək ki, həm Stroll, həm də Sergey Sirotkin komandaya böyük sponsor paketi ilə gəliblər.

Felipe Massa: “Komanda maddi cəhətdən zəifdir və məncə, 2018-ci ildə pulu düşünərək qərar verdilər. Amma belə olan halda çempionatda mübarizə aparmaq çətin olur.

Oradan başıuca ayrıldım. Komandadakı bütün işçilərlə aram yaxşıdır. Ümid edirəm ki, tezliklə yenidən güclənərlər. Keçən il verdiyim qərara görə xoşbəxtəm. Doğru zamanda ayrıldım və indi həyatımdan həzz alıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*