F.Massa: “Williams 2017-ci ildə inkişaf etməlidir”

Williams komandasının sürücüsü Felipe Massa etiraf edib ki, komanda 2016-cı ildə digər illərə nisbətən daha böyük addımlar atmalıdır...

F-1.az saytı xatırladır ki, Williams komandası 2014-cü və 2015-ci illərdə bir neçə dəfə podiuma çıxsalar da, qələbə qazana bilməyiblər.

Britaniyalıların sürücüsü Massa bu barədə fikirlərini bildirib: “Bizim hədəfimiz həmişə eynidir. Çempionluq mübarizəsi vermək istəyirik, ancaq bunun üçün əlavə işlər görülməlidir. Rəqiblərimiz çox işləyir, amma mən əminəm ki, biz bu il qabağa gedəcəyik. Bizim Mercedes, Ferrari, Red Bull və McLaren qədər büdcəmiz yoxdur, amma onlarla mübarizə aparıb, yarış qazana bilərik.

Keçən ilə nisbətən çox şey dəyişib. Yeni bolidimiz var və onun üzərində uzun müddətdir ki, işləyirik. Ferrari və Mercedes-ə çatmaq istəyiriksə, çox işləməliyik. Ümid edirəm ki, qələbə uğrunda mübarizə apararıq.

Qaydalar dəyişməyib. Ona görə düşünürəm ki, Mercedes yenə də ən güclü olacaq. Ancaq ümid edirəm ki, biz də liderlərlə mübarizə apararıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*