F.Massa: “Təkərləri başa düşmədik”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, cümə günü trasda az işləyiblər və təkərləri başa düşə bilməyiblər.

F-1.az xatırladır ki, braziliyalı sürücü Çində birinci sərbəst yürüşlərdə ikinci yeri tutub. Amma ikinci sərbəst yürüşlər pis hava şəraitinə görə baş tutmayıb.

Felipe Massa: “Bu gün barədə çox danışmağı düşünmürəm. Bu gün yağış təkərləri ilə bir neçə dövrə vurduq və özümüzü pis hiss etmədik, amma onları tam olaraq başa düşmədim. Təbii ki, təhlükəsizlik hər şeydən önəmlidir. Bugünkü şəraitdə sürmək mümkün deyildi və F1 rəhbərliyi düzgün qərar verdi. Ümid edirəm ki, şərait yaxşılaşaq və ən azından şənbə günü itirdiyimiz vaxtı kompensə edə bilərik. Yarışda havanın necə olacağını bilmirik. Hazırda hava proqnozu yağış vəd edir, amma burada hər şey qısa müddət ərzində dəyişə bilir. Görək nə olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*