F.Massa: “Təkərlərə nəzarət edə bilmədik”

Williams komandasının sürücüsü Felipe Massa İspaniyada sıralanma turunun ideal olmadığını deyib.

F-1.az xatırladır ki, braziliyalı sürücü Barselonada builki ən pis sıralanma nəticəsini əldə edərək, 9-culuğa razı olub.

Felipe Massa: “Sıralanma turunda işlər bizim üçün yaxşı getmədi. Təkərlərin tez qızmasına çarə tapa bilmədik və geridə qaldıq. Qüsursuz bir dövrə vura bilsək, ən yaxşı halda 7-ci olardıq və indi 9-cuyuq. Sıralanma turunun ikinci və üçüncü sessiyasında ideal dövrələr vura bilmədim. Amma daha sonra ilk iki sektorda tempi aşağı salaraq, son sektorda bəxtimi sınadım və işə yaradı. Yarışda tək pit-stopla getmək çətin olacaq. Görək nə olur. Ümid edirəm ki, yüksək nəticə qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*