16 Dekabr 2017, Şənbə - 03:34

F.Massa: “Sinqapuru həyəcanla gözləyirəm”

F.Massa: “Sinqapuru həyəcanla gözləyirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

14:59 - 14 Sentyabr, 2017

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Sinqapur yarışından xalla ayırla bilərlər.

F-1.az xatırladır ki, Sinqapur yarışında təhlükəsizlik avtomobilinin çıxmaq ehtimalı yüksək olduğu üçün surpriz nəticələr olur. Bu il 8 yarışdan xalla ayrılan Felipe Massa buna görə də Sinqapur yarışından ümidlidir: “Təqvimdə üç gecə yarışımız olsa da, Sinqapur yeganə yerdir ki, şəhərin ortasında gecənin yarısı yarışırıq. Bu yarışı həyəcanla gözləyirəm. Bilirəm ki, çox isti olacaq. Çətin yarışlardan biridir və hava çox nəmlidir. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik. komanda olaraq həftəsonundan xallarla ayrılmaq istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 711
Teqlər , , ,
Paylaş

logo