F.Massa sərbəst yürüşlərdə iştirak edəcək

Williams komandasının mətbuat xidməti Twitter hesabında məlumat yayıb ki, braziliyalı sürücü bir azdan başlayacaq sərbəst yürüşlərdə iştirak edəcək.

F-1.az xəbər vermişdi ki, dünən məşqlərdən sonra Felipe Massa özünü pis hiss etmişdi – sürücünün başı hərlənirmiş. Williams sürücünün jurnalistlərlə görüşünü təxirə salaraq, onu trasın tibbi mərkəzinə göndərmişdi. Həkimlər ilkin müayinədən sonra Felipeni yaxınlıqdakı MH EK Honvédkórház hospitalına yatızdırmışdılar.

Hospitalın həkimləri sürücüdə ciddi pozuntu aşkarlamayıblar, onun səhhəti yaxşılaşıb və bu gün səhər FİA-nın tibbi nümayəndələrinin müayinəsindən sonra sürücü 3-cü sərbəst yürüşlərə buraxılıb. Amma sessiyadan sonra onu yeni müayinə gözləyir – əgər braziliyalı özünü yenə pis hiss edərsə, onu Williams-ın ehtiyat sürücüsü Pol di Resta əvəz etməyə hazırdır.

Pol 2011-2013-cü illərdə Force İndia komandasının şərəfini qorumuşdu və bu həftəsonu Macarıstanda Sky Sports kanalı üçün şərhçilik edir. Aydındır ki, əgər zərurət olarsa, britaniyalı sürücü Massanı əvəz etməyə hazırdır…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*