F.Massa səbirsizliklə Lounu gözləyir

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Pəddi Lou onlara çox xeyir verə bilər.

F-1.az xatırladır ki, Pəddi Lou son 3 mövsümü Mercedes-də keçirmiş və almanların hegemonluğunda böyük pay sahibi olmuşdu. Amma britaniyalı mütəxəssis bu ilin əvvəlində Mercedes-dən ayrılmış və Williams-la müqavilə bağlamışdı.

Felipe Massa: “Pəddinin karyerası barədə danışmaq yersizdir. O çox böyük mühəndisdir və indiyə qədər önəmli işlər görüb. Komandaya nə vaxt qoşulacağını bilmirəm. Sözün açığı, artıq martda onu komandada görməyi gözləyirəm. Gözləyib görəcəyik. Bircə onu bilirəm ki, komandaya çox böyük dəyər qatacaq. O ən yaxşılardan biridir və bizə zirvəyə qayıtmağa kömək edəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*