13 Dekabr 2018, Cümə axşamı - 02:04

F.Massa: “Qəzanın səbəbkarı mən deyiləm”

F.Massa: “Qəzanın səbəbkarı mən deyiləm”

Müəllif: Rauf Hacıyev, redaktor

16:21 - 11 İyun, 2016

Felipe Massa Kanada QP-nin birinci sərbəst yürüşlərində etdiyi qəzada günahkar olmadığını bildirib.

F-1.az xatırladır ki, Massa birinci sərbəst yürüşlərdə ilk döngədə bolidin arxa tərəfinin idarəetməsini itirmiş və bariyerlərə çırpılmışdı. Massa bu barədə danışaraq bildirib ki, qəzanın səbəbi DRS olub: “Qəzanın mənimlə əlaqəsi yoxdur. Arxa qanadla bağlı problemim var idi. Böyük ehtimalla DRS idi. Əylənmə vaxtı onu əlimlə bağlamaq istədim, amma alınmadı. Əyləcə basdığım zaman DRS tamamilə açıq idi və arxa tərəfdə asfaltla ilişmə təmiz itmişdi. Buna görə də qəza oldu.

Bu arxa qanad ilə ilk dəfə idiki işləyirdik. Buna görə də nələrin baş verdiyini təhlil edirik”.

Massa komandanın keçmişdə də bu cür problemlər yaşadığını etiraf edib: “Deyəsən, keçən ildə bu cür problem yaşamışdıq. Keçən il Valtteri bu problemlə üzləşmişdi. Bu ilk dəfə olmur. Heyif ki, bu birinci dəfə olmur. Bu gün yenidən təkrarlandı. Təhlil edib, təkrar bu problemi yaşamamaq lazımdır”.

Massa itirilən vaxta görə məyus olsa da, Williams-ın işləri xeyirlərinə dəyişdirə biləcəyinə əmindir: “Bu cür hadisə ilə üzləşmək utancvericidir. Hamı üçün elədir. Komanda üçün də elədir. Nahardan sonra yaxşı idi. Hələki tam potensialımızı ortaya qoymamışıq. Boliddən daha artığını əldə edə bilərik. Sıralanma turunu səbirsizliklə gözləyirik. Hər şey bir yerə gəlsə, rəqabətədavamlı ola bilərik. Onsuz da biz göstərdik ki, yetərincə sürətliyik və buna görə də pozitiv düşünürəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 197
Teqlər , ,
Paylaş

logo