17 Dekabr 2017, Bazar - 10:09

F.Massa: “Problemsiz yarışda əsl gücümüzü göstərdik”

F.Massa: “Problemsiz yarışda əsl gücümüzü göstərdik”

Müəllif: Rauf Hacıyev, redaktor

15:24 - 04 Oktyabr, 2016

Felipe Massa komanda yoldaşı Valtteri Bottasın Malayziya yarışındakı 5-ciliyindən sonra bildirib ki, onlar problemsiz keçən bir yarışda əsl güclərini göstəriblər…

F-1.az xatırladır ki, Massa Malayziyada ən bərbad yarışlarından birini keçirib. Braziliyalı sürücünün qızdırma dövrəsində qaz pedalında problem yaranıb və o, yarışa pit yolundan başlamalı olub. Daha sonra isə təkəri deşildiyi üçün erkən pitə gəlib.

Beləliklə, Massa yarışı 13-cü, Bottas isə 5-ci yerdə tamamlayıb.

Felipe Massa: “Bu, doğrudan da çətin yarış idi. Ola biləcək hər şey oldu. Mühərriyi işə salandan sonra qaz işləmədi. Boksa qayıtdım və mühərriyi yenidən işə salanda qaz pedalı işlədi. Yarışa başladım və birinci virtual təhlükəsizlik avtomobilindən sonra pitə gedərək, təkərləri dəyişdirdim. Onlarla 2-3 dövrə vurdum. Yolda çoxlu qırıntılar var idi və biri mənim sol ön təkərimi deşdi. Yenidən pitə girməli oldum. O andaca yarış mənimçün bitdi. Bu yarış mənimçün fərqli ola bilərdi.

Amma Bottas əla işlədi. O göstərdi ki, yaxşı nəticə göstərə bilərik. Force İndia ilə mübarizə aparırıq və Bottas çox yaxşı iş gördü”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 107
Teqlər , , ,
Paylaş

logo