F.Massa: “Porebriklər bolidimi sıradan çıxartdılar”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Avstriyada ilk gündən narazı qalıb.

F-1.az xatırladır ki, britaniyalılar Şpilberqə yeni paketlə gəlsələr də, braziliyalı sürücü lider Həmiltondan 1.5 saniyə geridə qalaraq, 14-cü olub.

Felipe Massa: “Heç də yaxşı cümə günü deyildi. Yüksək sürətlərdə bolidin balansı ilə bağlı problemlər yaşadıq. Sabaha qədər rəqabətədavamlı olmalıyıq. Bolidin balansı yaxşı deyil. Sabah məşqlərdən əvvəl bunu düzəltməliyik. Çox işləməliyik. Yenilikləri sadəcə ilk sessiyada yoxladıq. Çoxu zədələndi. Yeni detalların vəziyyətinə baxacağıq.

Bu gün bolidimiz porebriklərə görə çox zədə aldı. Onlar bolidə zərər vermək üçün yox, fərqli səbəblərə görə qoyulur. Bolidə mən zərər vermirəm. Lakin komanda boliddə problem olduğunu gördü. Sadəcə porebriklərdən istifadə etdim və bolidim zədələndi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*