17 Dekabr 2017, Bazar - 11:51

F.Massa: “Özümü qəribə hiss etmədim”

F.Massa: “Özümü qəribə hiss etmədim”

Müəllif: Rauf Hacıyev, redaktor

08:14 - 25 Noyabr, 2017

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Əbu Dabidə normal cümə günü keçirib

F-1.az xatırladır ki, Əbu Dabidə son yarışına çıxan braziliyalı sürücü sərbəst yürüşlərdə 11-ci olub.

Felipe Massa: “Düzünü desəm, mənim üçün normal cümə günü idi. Təkərləri tanımağa çalışdım. Yaxşı nəticələr göstərdim. Digər cümə günlərindən fərqlənmirdi. Özümü qəribə hiss etmədim. Gələn ilin ilk yarışında bu mübarizə üçün darıxacam. Amma buna hazıram. Hamıya minnətdaram. Ümid edirəm ki, yarışı yaxşı yerdə bitirərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 27
Teqlər , , ,
Paylaş

logo