F.Massa: “Ötmələr azalmayacaq”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, sonrakı yarışlarda ötmələr Avstraliyadakı kimi az olmayacaq.

F-1.az xatırladır ki, mövsümün ilk yarışı Avstraliyada cəmi 5 ötmə olmuşdu və əksəriyyət buna görə yeni texniki reqlamenti tənqid etmişdi.

Amma Massa hələ də nikbindir: “Bəli, ötmələr artıq daha çətindir və bunu qəbul etməliyik. Amma ilk yarışa baxıb, həmişə ötmələrin az olacağını düşünmək olmaz. Əvvəllər DRS olmayanda da ötmələr az olardı. Əgər səhv etməsəydiniz və problem yaşamasaydınız, yarışı başladığınız yerdə bitirirdiniz. Amma inanmıram ki, həmin dövrə yenidən qayıdaq. Çünki artıq DRS var. Buna görə də Çindən başlayaraq, çoxlu ötmələr görəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*