F.Massa niyə Strolldan inciyib?

Williams komandasının sabiq sürücüsü Felipe Massa bildirib ki, Ləns Strollun sözlərindən inciyib.

F-1.az xatırladır ki, iki sürücü keçən il komanda yoldaşı olmuş və braziliyalı sürücü gənc və debütant Strolla müəllimlik etmişdi.

Lakin kanadalı sürücü müsahibələrinin birində Massanın ona heç bir kömək etmədiyini demişdi.

Felipe Massa: “Bütün sadəlöhvlüyümlə deyirəm. Onun üçün çox şey etdim. Onu tanıyanda 7 yaşı var idi və ona kömək etməkdən həzz alırdım. Formula1-də debüt edəndə 18 yaşı var idi. Bolidin sürətini, təkərlərin necə işlədiyini anlamaq onun üçün çətin idi. Ona çox yaxın oldum. Çox danışırdıq və onun necə sürücü olduğunu düşünmədən çox kömək etdim. Mənim ustadım olan Şumaxer belə mənə o qədər kömək etməmişdi. Strollun şərhlərini oxuyanda çox məyus oldum. Bunu xəyal etmirdim, amma problem yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*