22 Noyabr 2017, Çərşənbə - 12:56

F.Massa: “Mercedes AMG rəqiblərinə xəbərdarlıq edir”

F.Massa: “Mercedes AMG rəqiblərinə xəbərdarlıq edir”

Müəllif: Rauf Hacıyev, redaktor

09:32 - 26 Fevral, 2016

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Mercedes AMG komandasının testlərdə atdığı dövrələr digər komandalar üçün pis xəbərdir…

F-1.az xəbər verir ki, Mercedes komandası birinci qış testlərində 675 dövrə vurub. İkinci yerdə gələn Toro Rosso komandası isə 447 dövrə vurub.

Massa bu barədə fikirlərini bildirib: “Qaydalar dəyişməyib. Son iki ildəki nəticələri, əllərindəki bolid və bu qədər çox dövrə vurmaları rəqiblər üçüb xəbərdarlıqdır. Onlar bu mövsümdə də çox güclü olacaqlar”.

Massa testlərin 4-cü günündə yaranan ERS probleminə görə 54 dövrə vurub: “Bizim üçün mükəmməl bir gün olmadı.

Dünənki qədər dövrə vura bilmədik. Bəzi problemlərimiz oldu, ona görə də çox vaxt itirdik.

Yaxşıki günün ilk yarıslnda aerodinamika ilə bağlı testləri bitirə bildik.

Amma, ümumilikdə bu gün çox vaxt itirdik və heç də yaxşı gün olmadı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 220
Teqlər , ,
Paylaş

logo