25 Sentyabr 2018, Çərşənbə axşamı - 09:12

F.Massa itirdiyi xalları kompensə etməyi hədəfləyir

F.Massa itirdiyi xalları kompensə etməyi hədəfləyir

Müəllif: Rauf Hacıyev, redaktor

13:08 - 12 Aprel, 2017

Williams komandasının sürücüsü Felipe Massa Bəhreyn yarışını sevir. Braziliyalı sürücü həftəsonu keçiriləcək yarışda Çində itirdiyi xalları kompensə etmək istəyir.

F-1.az xatırladır ki, 35 yaşlı sürücü Saxir trasında 2 dəfə (2007-2008-ci illər) qalib gəlib və son 3 mövsümdə buradan xalla ayrılıb.

Felipe Massa: “Bu tras digərlərindən fərqlidir. Uğurlu olmaq və daha yaxşı əylənmək üçün güclü bolid lazımdır. Bu, tras üçün vacib amildir. Bəhreyn trasını həmişə sevmişəm. Mühərriyimiz düzlüklərdə sürətli olmağa əl verir. Məncə, orta qrupun ən sürətlisi olacağıq. Burada iki dəfə qalib gəlmişəm. Buna görə də həzz alaraq gedəcəyim yerdir. Ümid edirəm ki, bu il gözəl yarış keçirərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 862
Teqlər , , , ,
Paylaş

logo