16 Dekabr 2017, Şənbə - 03:25

F.Massa ilk gündən razıdır.

F.Massa ilk gündən razıdır.

Müəllif: Rauf Hacıyev, redaktor

10:00 - 02 Sentyabr, 2017

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, İtaliyadakı cümə günü sərbəst yürüşlərindən razıdır.

F-1.az xatırladır ki, Massa Belçikada sıralanma turunda pis performans göstərsə də, yarışı 8-ci yerdə bitirmişdi. Braziliyalı sürücü İtaliyadakı birinci sərbəst yürüşlərdə 10-cu yeri tutub.

Felipe Massa: “Bu gün Spadakı cümə günündən çox güclü idik. Bolid daha stabildir. Son yarışa nisbətən daha güclüyük. Sadəcə Belçikadan danışmıram. Macarıstan, Silverstoun və Avstriyadan daha yaxşı vəziyyətdəyik. Ümid edirəm ki, daha yaxşı sıralanma turu keçirərik. Burada öndən başlamaq çox vacibdir.

Cümə günü yarış tempində də işlədik və güclü idik. Bolidimiz güclüdür. Ümid edirəm hər şey yaxşı olar. Bolidin üzərində işləməyə davam edirik. Əgər bir az da güclü olsaq, orta qrupun önündə ola bilərik. Onsuz da bəzi rəqiblərimiz startda yer itirəcəklər və bu bizim xeyrimizə ola bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 558
Teqlər , , ,
Paylaş

logo