F.Massa: “Hunqarorinqə qayıtmaq əladır”

Karyerası ərzində Macarıstanda 12 dəfə yarışa çıxan braziliyalı sürücü ən yaxşı halda 4-cü ola bilib.

F-1.az xatırladır ki, 3 fərqli komandanın tərkibində Hunqarorinqdə yarışan Felipe Massa keçənilki yarışda 12-ci ola bilmişdi.

Felipe Massa: “Hunqarorinq keçmişdə ölümcül zədə aldığım trasdır. Burada mənə olduqca böyük dəstək var. Hara getsəm, mənə hədiyyələr verirlər, mənimlə vaxt keçirmək istəyirlər. Tras olduqca qısa və çox döngəli trasdır. Asfalta yatma qüvvəsi yüksək olmalıdır. Təkərləri qorumaq üçün də çətin trasdır. Əgər asfalta yatma qüvvəsi çoxdursa, işiniz rahatdır. Budapeşt gözəl şəhərdir, tras isə möhtəşəmdir”.

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*